Türkiyənin Bursa şəhərində partlayış baş verib. Hadisə Kimya zavodunda qeydə alınıb. Zavodda baş verən partlayış nəticəsində 1 nəfər ölüb, 3 nəfər ağır yaralanıb. Əraziyə FHN qüvvələri və təcili yardım briqadası cəlb olunub. Qəzanın hansı səbəbdən baş verdiyi araşdırılır.