Türkiyənin Konya vilayətinin Tuzlukçu rayonunda 4 bal gücündə zəlzələ olub.
Bu barədə Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyi (AFAD) məlumat yayıb.
Yeraltı təkanların ocağı yerin 6,98 kilometr dərinliyində qeydə alınıb.
Dağıntı və tələfatla bağlı məlumat yoxdur.