Belarusun Avropa İttifaqı (Aİ) ilə sərhədindəki miqrasiya böhranının Rusiyanın ilə heç bir əlaqəsi yoxdur.
Bu barədə Rusiya Prezidenti Vladimir Putin “Rossiya 1” telekanalına müsahibəsində bildirib.
“Hamı bilsin ki, bizim bununla heç bir əlaqəmiz yoxdur. Hər kəs hər hansı səbəbdən və heç bir səbəb olmadan bizim üzərimizə hər hansı məsuliyyət qoymağa çalışır”, - Rusiya Prezidenti vurğulayıb.
V. Putin deyib ki, Rusiya aviaşirkətləri hazırda Belarus və Aİ sərhədində olan miqrantları daşımır.
Onun sözlərinə görə, Qərb dövlətləri özləri miqrasiya böhranını yaradıblar: “Miqrantlarla bağlı böhranların haradan qaynaqlandığını unutmaq lazım deyil. Bu problemləri məgər Belarus yaradıb? Xeyr, bunlar Qərb dövlətləri, o cümlədən Avropa ölkələri tərəfindən yaradılan səbəblərdir. Bu səbəblər həm siyasi, həm hərbi, həm də iqtisadi xarakter daşıyır”.
Rusiyanın dövlət başçısı Belarus lideri Aleksandr Lukaşenkonun Almaniya kansleri Angela Merkellə yaxın vaxtlarda danışıqlar aparacağına ümid etdiyini də vurğulayıb: “Mən belə başa düşdüm ki, Lukaşenko və Merkel danışıqlar aparmağa hazırdırlar. Ümid edirəm ki, bu, yaxın vaxtlarda baş verəcək. Bu həm də ona görə vacibdir ki, miqrantlar ilk növbədə Almaniyaya getməyə cəhd edirlər”.
"Hamı bilsin ki, bizim bununla heç bir əlaqəmiz yoxdur" - Rusiya Prezidenti
13
noyabr
13:41
Qarabağ
KOMMENTLƏR
"Rusiyanın köməyi ilə"... - Belarus Avropanı təhdid etdi
"Müsəlman ölkələri Rusiyanın dəstəyinə arxalana bilər" - Putin
Rusiyadan peyvənd alan ilk bu ölkə olacaq
Putin Avropa liderlərinə Belarusu əldən verməyəcəyini açıq şəkildə bildirib
Putindən Ukraynanın Donbasda "Bayraktar"dan istifadə etməsinə REAKSİYA
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı