Dünən Rusiya prezidenti Vladimir Putin Belarusdakı vəziyyətlə əlaqədar ona zəng edən bir sıra Avropa liderləri ilə telefon danışıqları aparıb. Bu telefon danışıqlarında Putin həmsöhbətlərinə Rusiyanın Belarusdakı vəziyyətə xarici müdaxiləyə dözümlü yanaşmayacağını bildirib.
Kremlin Mətbuat Xidməti xəbər verir ki, dünən Rusiya liderinə Almaniya kansleri Angela Merkel, Fransa prezidenti Emmanuel Makron, həmçinin Avropa Şurasının rəhbəri Şarl Mişel zəng edib.
Dünənki telefon zənglərindən əvvəl Vladimir Putinin Belarus Prezidenti Aleksandr Lukaşenko ilə iki dəfə danışdığı qeyd olunur. Avropa liderlərini ilə telefon danışıqlarından sonra o, Lukaşenkoya üçüncü dəfə zəng edib.
Rusiya mediasının bildirdiyinə görə, Avropa liderləri Lukaşenkonun dəfələrlə səsləndirdiyi bir məlumata aydınlıq gətirmək üçün Putinə ard-arda zəng ediblər. Belə ki, Lukaşenko çıxışlarında Rusiya prezidenti ilə danışdığını və Putinin ona “qardaş respublikanın xarici müdaxilədən tam və hərtərəfli dəstəyini və müdafiəsini” vəd etdiyini bildirmişdi. Belə görünür ki, yüzminlərlə belarusun meydanlarda “Get!” deməsinə, Lukaşenkonun sabit elektoradının belə, onu görüncə, eyni fikirləri səsləndirməsinə rəğmən, Putinin hələ də xarici müdaxilələrdən danışması təbii olaraq Avropada birmənalı qarşılanmayıb və hərbi müdaxilə təhdidi kimi qəbul edilib. Avropa ölkələrinin liderləri də yəqin Putini bu aqresiv davranışdan yayındırmaq üçün ona zəng etməyi məsləhət biliblər. Aldıqları cavab isə xəyal qırıqlığı yaradıb.
Kremlin mətbuat xidmətinin məlumatına görə, Putinə ilk zəng edən Avropa Şurasının rəhbəri Şarl Mişel olub. Rusiya lideri onunla söhbətində “bir sıra dövlətlərin respublika rəhbərliyinə təzyiq göstərməsindən və Belorusdakı daxili siyasi vəziyyəti hər vəchlə pozmaq cəhdlərindən narahatlığını” ifadə edib.
Kremlə yaxın dairələrin fikrincə, Putin “bir sıra Qərb dövlətləri” deyərkən Polşa, Litva, Almaniya, Fransa, Avropa İttifaqı, İngiltərə, ABŞ-ı nəzərdə tutub. Çünki onun fikrincə, bu dövlətlər pos-sovet məkanında rəngli inqilablar hazırlamaqla məşğuldurlar.
Putinə ikinci zəng Parisdən gəlib. Emmanuel Makron ilə söhbətində də Putin birbaşa Belarusun işlərinə müdaxilə cəhdlərinin yolverilməzliyini qeyd edib. "Vladimir Putin onunla söhbətində Belarusun daxili işlərinə müdaxilə etməyin və rəsmi Minskə təzyiq göstərməyin yolverilməz olduğunu vurğulayıb", - deyə Kremlin məlumatında bildirilir.
Eyni cavab Almaniya kanslerinə də verilib. “İki lider arasında telefon söhbətində Belarusda prezident seçkisindən sonra yaranmış vəziyyət ətraflı müzakirə olunub. Rusiya tərəfindən Respublikanın daxili işlərinə kənardan istənilən müdaxilə cəhdlərinin böhranın daha da gərginləşdirəcəyi və bunun qəbuledilməzliyi vurğulanıb. Vəziyyətin tezliklə normallaşacağına ümid ifadə olunub", - bu cümlələr də Kremlin Mətbuat Xidmətinin məlumatındandır. (Ovqat.com)
Putin Avropa liderlərinə Belarusu əldən verməyəcəyini açıq şəkildə bildirib
19
avqust
10:52
Qarabağ
KOMMENTLƏR
Putin Neyanyahu ilə danışdı
Fransa prezidenti Lukaşenko əlehinə aksiyaları dəstəklədi
Azərbaycan və Rusiya prezidentləri sərhəddəki vəziyyəti müzakirə etdilər
Avropa İttifaqı liderləri Belarusla bağlı konfrans keçirəcəklər
Minskdə 100 minlərlə insan etiraza qalxdı- Lukaşenko Putinə zəng vurdu + Video
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev