"Avropanın və Amerikanın kəşfiyyat xidmətləri Ukrayna ilə bağlı bütün mümkün ssenarilər üzərində işləyir".
Bunu Avropa İttifaqının (Aİ) Xarici siyasət və Təhlükəsizlik məsələləri üzrə Ali Nümayəndəsi Cozep Borrell "Welt"ə müsahibəsində deyib.
"Hərbi işğalı tamamilə istisna etmək olmaz - lakin başqa daha az ekstrimal ssenarilər də var ki, mən onlardan da narahatam. Hibrid taktikalarla Kiyevdə hökumətin sabitliyinin pozulması, Ukrayna əsgərləri ilə Donbassdakı separatçılar arasında daha çox gərginliyin yaradılması və ya Avropaya daha az qaz ixracı ilə təzyiq göstərmək bu ssenarilərdəndir",-deyə Cozep Borrell bildirib.
Aİ-nin Ali Nümayəndəsi vurğulayıb ki, Avropa Ukrayanaya başqa müttəfiqlərindən daha çox dəstək verir: "Son bir neçə il ərzində biz davamlı olaraq Ukraynaya milyardlarla maliyyə yardımı göstərmişik. Biz bu ölkə ilə qarşılıqlı ticarəti genişləndiririk və iqtisadi əlaqələrimizi intensivləşdiririk. Məsələn, keçən həftə Ukrayna ordusuna əlavə 31 milyon avro yardım barədə qərar qəbul olundu. Bu vəsait logistika və kiberhücumlara qarşı mübarizə bacarıqlarını təkmilləşdirmək üçün nəzərdə tutulub. Bizim həmçinin 2014-cü ildən bəri ölkədə 80-dən çox əməkdaşımızın olduğu (EUAM Ukrayna) missiyamız var ki, bu da ölkəyə mülki təhlükəsizlik sektorunda, xüsusən də polis və prokurorluq orqanlarında islahatların aparılmasına kömək edir".
Borrell deyib ki, bütün bunlar Ukraynanın daxili və xarici təhdidlərə qarşı daha dayanıqlı olmasına istiqamətlənib.
Ali Nümayəndə deyib ki, Aİ Ukraynaya Hərbi Məsləhət və Təlim Missiyası göndərmək barədə düşünür: "Avropalı hərbi təlimçilər Ukrayna ordusunda rəhbər kadrlar hazırlayacaqlar. Biz artıq ukraynalılara nələrin lazım ola biləcəyi, hansı yardımın göstərilməsi, missiyanın neçəyə başa gəlməsi və kimlərin iştirak edəcəyi barədə qiymətləndirmə aparmışıq. Mən tezliklə Aİ-yə üzv dövlətlərə müvafiq təklif təqdim edəcəyəm".
"Ukrayna hərbi yolla işğal edilə bilər" - Avropa İttifaqı
29
dekabr
11:23
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev