Ermənistan Qazaxıstana 100 hərbçi yollayıb və onların arasında 4 qadın da var.
Rusiyanın "Russia Today" telekanalının rəhbəri, erməni Marqarita Simonyan bu xəbəri və habelə, Ermənistan Müdafiə Nazirliyinin Qazaxıstana yolladığı hərbçilərin Almatı hava limanında çəkilmiş fotolarını paylaşaraq yazıb:
"KTMT kontingenti Almatıdadır. Hamısı gözəl, səliqəlidir. Maraqlıdır ki, sırada qadınlar da var ki, bu qeyri-standart olsa da, xoşdur".
Hazırda KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının katibi olan Ermənistanınn baş naziri Nikol Paşiyanın dediyinə görə, o, erməni hərbçilərin Almatıya göndərilməsi ilə bağlı qərarı Qazaxıstanın Prezidenti Kasım-Jomart Tokayevin KTMT-yə yardımla bağlı müraciətindən sonra qəbul edib.
KTMT-nin Kollektiv Təhlükəsizlik Şurasının Qazaxıstana "vəziyyətin stabilləşməsi və normallaşması üçün məhdud müddətə yolladığı kollektiv sülhməramlı qüvvələr"in tərkibində Rusiya, Belarus, Qırığızıstan, Tacikistan və Ermənistan hərbçiləri var.
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev bəyan edib ki, KTMT sülhməramlılarına "silahlı ekstremistlərə və terrorçulara xəbərdarlıq etmədən atəş açmaq hüququ verilib".
KTMT bəyan edib ki, Qazaxıstanda yerləşdirilən qüvvələrinin əsas məqsədi "mühüm dövlət və hərbi obyektlərin mühafihəsi, ölkədə vəziyyətin stabilləşməsi məqsədilə Qazaxıstanın hüquq-mühafizə orqanlarına yardım göstərmək"dir.
Ermənistan Qazaxıstana 100 hərbçi yollayıb.
44 günlük İkinci Qarabağ Müharibəsində kapitulyasiyaya uğramış Ermənistan Qazaxıstana hərbçilər yollamaqla qazaxların nifrətinə səbəb ola bilər və olacaq da.
Hətta erməni siyasi analitiklər və hərhçilər də bunu etiraf edirlər.
Şərqşünas, siyasi analitik Sergey Melkonyanın fikrincə, Qazaxıstandakı etiraz aksiyalarının zor gücünə yatırılmasında Ermənistanın iştirakı bu ölkədə Ermənistana və ermənilərə aqressiv yanaşmaya səbəb olacaq.
"Üç il əvvəl Qazaxıstanda qazaxlarla ermənilər arasında milli zəmində münaqişə olmuşdu. Kimsəyə sirr deyil ki, Qazaxıstanın siyasi, iqtisadi və hakimiyyət dairələrində Azərbaycana rəğbət yox böyükdür. Qazaxıstanla Azərbaycan strateji tərəfdaşlardır. Qazaxlarda isə ermənilərə rəğbət yoxdur və erməni hərbçilərin KTMT qüvvələri tərkibində ölkə şəhərlərində olması bu hissləri daha da kəskinləşdirəcək", - S.Melkonyan deyib./Milli.az
Ermənistan qadın hərbiçiləri də Qazaxıstana göndərdi
10
yanvar
15:19

Qarabağ
KOMMENTLƏR
- Almaniyada "meymun çiçəyi"nə yoluxma artır
- Litva Rusiyadan elektrik enerjisi idxalını dayandırdı
- Toy edənlərin diqqətinə: dəyişiklik var - VİDEO
- Səlcuq Bayraktardan Azərbaycanla bağlı paylaşım
- Şuşada küçəyə Atatürkün adı verildi
- “Mostbet” Mərc Oyunları Azərbaycan Gəncliyini “Narkotik” Kimi Məhv Edir – ARAŞDIRMA
- Azərbaycan, Türkiyə və Gürcüstan parlamentariləri Cıdır düzündə olublar
- Bakıda Şəhidlər xiyabanı yaxınlığında açılan gecə klubu bağlandı - VİDEO
- "Levis" 29 ildən sonra Rusiya bazarını tərk etdi
- Xoşqədəm Hidayətqızından həbs tələbi xəbərlərinə REAKSİYA - VİDEO
- Öldüyü deyilən 41 yaşlı azərbaycanlı alim intihar edibmiş - YENİLƏNİB
- Rüstəm Muradov Ukraynada yaralandı, bacısı oğlu öldü - FOTO
- ÜST: Avropanın 8 ölkəsində meymun çiçəyinə yoluxma qeydə alınıb
- Almaniya tanklarının Ukraynaya veriləcəyi tarix məlum olub
- Litva Rusiyanın enerji resurslarından imtina etdi
- Azərbaycan nefti bir qədər də bahalandı
- Metroda qadının çantasından telefon və pul oğurlandı
- Ramiz Mehdiyevin qohumu vəzifəsindən azad edildi
- Türkiyədə 12 terrorçu zərərsizləşdirildi
- Ermənilər Kəlbəcəri ATƏŞƏ TUTDU
- Sərhədi pozmağa cəhd edən şəxslər SAXLANILDI
- Rusiya MN Ukraynanın itkilərini AÇIQLADI
- Sabaha olan hava proqnozu AÇIQLANDI
- Penitensiar Xidmətin Müalicə müəssisəsinə narkotik keçirmək istədilər
- Belarus – Azərbaycan oyunu Serbiyada keçiriləcək
- İsveçli rejissor Şuşa şəhəri haqqında sənədli film çəkəcək
- Rusiyada helikopter qəzası: Ölən var (VİDEO)
- Generallar azad edilən ərazilərdə - VİDEO
- Azərbaycana 49 kq narkotik keçirilməsinin qarşısı alındı
- Rusiyadan Qərb ölkələrinə XƏBƏRDARLIQ
- Rusiya XİN Qərbə xəbərdarlıq edib
- Azərbaycan icması tarixi qələbəmizin əldə edilməsinə də böyük töhfə verib - DEPUTAT ŞƏRH ETDİ
- Eldar Əzizov qəzalı binaların taleyindən DANIŞDI
- Saleh Rüstəmli və Hüseyn Abdullayev əfv oluna bilər