Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatının (KTMT) sülhməramlı qüvvələrinin tərkibində Qazaxıstana daha 100 hərbçi göndərib.
Bu barədə Ermənistan Müdafiə Nazirliyindən məlumat yayıb. 
Missiya zamanı Ermənistan Silahlı Qüvvələrinin sülhməramlı bölməsi müstəsna olaraq strateji əhəmiyyətli binaların və infrastrukturların mühafizəsi funksiyalarını yerinə yetirəcək.
Xatırladaq ki, ötən gün Qazaxıstan Təhlükəsizlik Şurasının iclasında çıxış edən prezident Kasım-Jomart Tokayev yardım üçün KTMT ölkələrinin liderlərinə müraciət etdiyini bildirib. O, Qazaxıstanda baş verən iğtişaşları xarici təcavüz hesab etdiyini, qarışıqlığa səbəb olan terrorçu dəstələrin isə xaricdə təlim keçdiklərini vurğulayıb.

  • Ermənistan Qazaxıstana daha100 hərbçi göndərdi - FOTO
  • Ermənistan Qazaxıstana daha100 hərbçi göndərdi - FOTO
  • Ermənistan Qazaxıstana daha100 hərbçi göndərdi - FOTO
скачать dle 12.1