İranın müxalif şairi, “Şeydaye Həmədan” kimi tanınan rəssam Qasım Bəhrami ölkəni tərk etmək istəyərkən həbs edilib. Bu barədə İran mətbuatı məlumat yayıb. Bəhrami yanvarın 16-da ölkəni tərk etmək istəyərkən tutulub. O, ötən ilin sentyabrında İranın ali dini lideri Ayətullah Əli Xamneyinin fotosunu yandırdıraraq təhqir edib.