İran Prezidenti İbrahim Rəisinin Çinə səfəri zamanı Tehran və Pekin arasında 25 illik əməkdaşlıq sənədinin həyata keçirilməsi üçün 20-yə yaxın memorandum imzalanacaq.
“Azad İran” “Telegram” kanalının məlumatına görə, bu barədə İranın İqtisadiyyat naziri Ehsan Xanduzi bildirib.
Kanaldan bildirilir ki, bir çox iranlı ekspert və iqtisadçı Tehranın Pekinlə 25 illik anlaşma imzalamasını tənqid edib. Onlar bu razılaşma nəticəsində İranın Çinin müstəmləkəsinə çevriləcəyi qənaətindədir.
O da vurğulanır ki, 1979-cu ildə baş tutmuş İran inqilabının rəhbərləri ölkəni guya amerikalılara həvalə etməsi ilə bağlı Pəhləvi rejimini tənqid edirdilər. İnqilabçıların əsas şüarı: “Nə Şərq, nə Qərb - İslam respublikası” olub.
“Bəs görəsən özünü müstəqil islam respublikası adlandıran İranda nə baş verir? İranlı ekspertlərin əsas narahatçılığı da bundan ibarətdir ki, İranın Çin ilə yaxınlaşması ABŞ-a inad olaraq baş tutur ki, bu da ölkəni Çinin müstəmləkəsi olmasına gətirib çıxaracaq”, - deyə “Azad İran” vurğulayıb.
İranlı nazir: “İran Çinlə 20 iqtisadi memorandum imzalayacaq”
14
fevral
15:53

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat