Bu gün axşam saatlarında (21:51 UTC) Yerdən təxminən 2 milyon km məsafədən 7482 (1994 PC1) asteroidi keçəcək.
Bu barədə Azərbaycan Milli Elmlər Akademiyası Nəsrəddin Tusi adına Şamaxı Astrofizika Rəsədxanası məlumat yayıb.
Qeyd olunub ki, bu, Yer-Ay məsafəsindən 5 dəfə böyükdür. Diametri 1 km-dən böyük (1067 m) olan asteroid 1994-cü ildə Robert Maknot tərəfindən aşkarlanmışdır. Bu asteroid Amerika Kosmik Agentliyi tərəfindən ölçüsü və Yerə yaxınlaşma məsafəsinə görə potensial təhlükəli asteroidlər kateqoriyasına aid edilib.
7482 (1994 PC1) asteroidi cari ildə Yerə yaxınlaşacaq asteroidlərdən ən böyüyüdür. Səma cismi Bakı vaxtı ilə 19 yanvar saat 01:51-də yerə ən yaxın nöqtədən keçəcək. Hesablamalara görə, bu, növbəti 200 il üçün asteroidin ən böyük yaxınlaşması olacaq.
Asteroidin Yerə nəzərən sürəti 19.56 km/san təşkil edir və onu kiçik ölçülü teleskopla 10 ulduz ölçüsündə müşahidə etmək mümkündür.
Qeyd edək ki, Yerə 48 milyon km-dən çox yaxınlaşan obyektlər Yerətrafı obyektlər hesab olunur və həmin obyektlər Yerə hər hansı təhlükə törətmə ehtimalına görə NASA və digər kosmik qurumlar tərəfindən diqqət mərkəzindədir.
Bu gün Yerin yaxınlığından asteroid keçəcək
18
yanvar
17:29
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev