"Hə" cavabı verən Hadisə həmin anın görüntülərini sosial şəbəkədə paylaşıb. O, şərh bölümünə "Bölümümüz indi başlayır" sözlərini yazıb.
Diqqətçəkən digər məqam isə Hadisənin barmağındakı üzüyü olub. Onun 3 milyon 133 min 280 lirə (təxminən 393 min 226 manat) dəyərində olduğu üzə çıxıb.
Qeyd edək ki, Hadisənin özündən 2 yaş kiçik sevgilisi "Gloria Jean's Coffees"in sahibidir. O, bundan əvvəl aktyor Kaan Yıldırımla sevgili olub.

