Müğənni koronavirusa yoluxub. O, bu barədə sosial şəbəkə hesabından məlumat verib. Sənətçi 10 gün əvvəl koronavirusa yoluxduğunu açıqlayıb.
Yaxşı olduğunu ifadə edən Tarkan, "Peyvənd olunduğuma görə sevinirəm. Özünüzə yaxşı baxın", - deyə şərh bildirib.
Qeyd edək ki, müğənni koronavirusun Türkiyədə aşkarlanmasından sonra ailəsi ilə birlikdə Almaniyaya köçüb.