ABŞ prezidenti Co Bayden Rusiya ilə Ukrayna arasındakı böhranla bağlı açıqlamalar verib.
Bayden Rusiyanın sərhəddən qoşunlarını çıxarması ilə bağlı məlumatı hələlik təsdiq edə bilmədiklərini və Moskva Administrasiyasının Ukraynaya müdaxilə edəcəyi təqdirdə sanksiyaların hazır olduğu mesajını təkrarlayıb.
Rusiyanın Ukrayna ilə sərhədində 150 min əsgərinin olduğunu bir daha vurğulayan Bayden, "ABŞ və NATO-nun Ukraynada raketləri yoxdur. Biz oraya raket yerləşdirmək fikrində deyilik. ABŞ və Ukrayna Rusiyanı təhdid etmir", - deyə bildirib.
“Rusiya ilə toqquşmaq istəmirik” mesajını verən Bayden çıxışında Putinlə yüksək səviyyəli dialoqa hazır olduqlarını da ifadə edib.
"Rusiya irəliləsə, ABŞ və müttəfiqləri güclü sanksiyalar tətbiq etməyə hazırdır. Rusiya hərəkətə keçərsə, bu sanksiyalar ən qısa zamanda həyata keçirilməyə hazırdır. Biz Rusiya ilə birbaşa qarşıdurma yaratmaq niyyətində deyilik".
Bayden Rusiyanın Ukraynanı işğal edəcəyi təqdirdə “Şimal axını-2” layihəsinin reallaşmayacağını da vurğulayıb:
"Rusiya yaxın günlərdə və ya həftələrdə Ukraynanı işğal edərsə, Ukrayna üçün insan itkisi çox böyük olacaq. Rusiya üçün strateji xərclər də böyük olacaq. Əgər Rusiya Ukraynaya hücum etsə, bu, böyük beynəlxalq qınaqla qarşılanacaq".
Son olaraq Bayden, "Biz Rusiya xalqını hədəf almırıq. Rusiyada sabitliyi pozmağa çalışmırıq. Rusiya vətəndaşları bizim düşmənimiz deyil", -deyib.
“Rusiya ilə toqquşmaq istəmirik” - Bayden
16
fevral
12:49

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat