Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) rəhbəri Tedros Adhanom Qebreyesus COVID-19-un daha təhlükəli ştamının yarana biləcəyi barədə xəbərdarlıq edib.
Bu barədə "Report" xəbər verir.
ÜST rəhbəri qeyd edib ki, koronavirusun daha təhlükəli ştamı yaranması mümkündür. Qebreyesus koronavirusun daha yoluxucu, daha təhlükəli variantının ortaya çıxması üçün ideal şəraitin olduğunu vurğulayıb.
O bildirib ki, bəzi ölkələrdə peyvəndin geniş yayılması və koronavirusun "omikron" ştamının xəstəliyin ümumiyyətlə daha az ağır gedişinə səbəb olması "pandemiyanın bitdiyi barədə təhlükəli rəvayətə" səbəb olub. Bununla belə, ÜST-ün baş direktoru xatırladıb ki, dünyada hər həftə təxminən 70 min insan COVID-19-dan ölür, səhiyyə sistemləri həddən artıq yüklənir və virusun təkamülünün monitorinqi kifayət qədər aparılmır.
Koronavirus infeksiyası 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Koronavirusun daha təhlükəli ştamı yaranacaq - ÜST-dən XƏBƏRDARLIQ
21
fevral
13:01
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı