Koronavirusun yeni əlamətləri açıqlanıb.
“Report” xəbər verir ki, bu barədə Rusiyanın tanınmış immunoloqu Vladimir Bolibok “Veçerney Moskve” nəşrinə açıqlamasında bildirib.
“Koronavirusun omikron ştamının bədəndə zəiflik əlaməti var. Həmin əlamət digər növ viruslarında baş vermir, buna görə də onu digər xəstəliklərlə ayırd etmək çətindir", - o deyib.
Həkimin sözlərinə görə, ən çox rast gəlinən əlamətlər burun tutulması, baş ağrısı və göz bəbəklərində ağrı olub. Vladimir Bolibok qeyd edib ki, koronavirusa yoluxmadan sonra qoxu itkisinə indi nadir hallarda rast gəlinir.
Qeyd edək ki, Ümumdünya Səhiyyə Təşkilatının məlumatına görə, dünyada koronavirusa yoluxanların sayı 590 659 276 nəfərə çatıb. İndiyədək bu xəstəlikdən ölənlərin sayı 6 440 163 nəfər təşkil edir.
Virusa yoluxma sayına görə ABŞ, Hindistan, Braziliya, Fransa, Almaniya, Böyük Britaniya və Cənubi Koreya siyahıda ilk yeddiliyi bölüşür.
Koronavirus 2019-cu ilin dekabrında Çinin Uhan şəhərində yayılmağa başlayıb. Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) 2020-ci ilin fevralın 11-də infeksiyanın adını COVID-19 qoyub, martın 11-də isə koronavirusu pandemiya elan edib.
Koronavirusun yeni əlamətləri açıqlandı
19
avqust
10:23

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat