Fevralın 21-də müharibə iştirakçıları "Zvartnots" Beynəlxalq Hava Limanına gedən yolu bağlayıb və Azərbaycan nümayəndə heyəti üzvlərinin İrəvana gəlməsinin əleyhinə olduqlarını bildiriblər. Qeyd edək ki, Avronest Parlament Assambleyasının iclasında Azərbaycan nümayəndə heyətinin iştirakı gözlənilir. Beləliklə, ermənilər bununla da, azərbaycanlı deputatların ölkəyə gəlməsindən necə narahatlıq keçirdiklərini və qorxduqlarını ifadə etmiş olublar./milli


