Ermənistan polisi azərbaycanlı deputatların İrəvana səfərinə qarşı çıxan etirazçılara xuliqanlıq maddəsi ilə cinayət işi açıb.
“Sputnik Ermənistan” xəbər verir ki, bu barədə Ermənistan Daxili İşlər Nazirliyinin mətbuat xidməti məlumat yayıb.
İş materiallarına görə, bir qrup vətəndaş azərbaycanlı deputatların qaldığı hotelə soxulmağa cəhd etsə də, onların əməllərinin qarşısı hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən alınıb. 25 nəfər hadisə yerindən müxtəlif polis bölmələrinə aparılıb.
Qeyd olunur ki, saxlanılanlardan heç biri özünü jurnalist və ya media nümayəndəsi kimi təqdim etməyib və müvafiq arayış göstərməyib:
“Polis bölmələrinə aparılan vətəndaşlar müqavimət göstərərək qışqırıblar. Hüquq-mühafizə orqanlarının əməkdaşları qanunsuz hərəkətlərə son qoymağı tələb edərək onları sakitləşməyə çağırsalar da, cavab olaraq yalnız nalayiq ifadələr eşidiblər. Həmin vətəndaşlar polis əməkdaşlarına və idarənin işinə açıq-aşkar hörmətsizlik göstərərək əlbəyaxa dava salıblar”.
Faktla bağlı araşdırma aparılır.
Qeyd edək ki, iki gün İrəvanda azərbaycanlı deputatların AVRONEST Parlament Assambleyasının komitə iclasında iştirak ilə bağlı etiraz aksiyaları keçirilib.
İrəvanda azərbaycanlı deputatlara etiraz edənlərə cinayət işi açıldı
23
fevral
16:38

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat