"Mərmi atəşindən sonra Kiyev vilayətinin Belotserkovski rayonunun Olşanitsa kəndində sursat anbarında yanğın baş verib". 
Bu barədə  Ukraynanın Fövqəladə Hallar Nazirliyi məlumat yayıb. 
“Saat 06:30-a olan məlumata görə, sursat anbarında yanğın baş verib. Ukrayna Milli Qvardiyasının Novie Petrovtsi kəndindəki qərargahı yandırılıb”, - Fövqəladə Hallar Nazirliyinin nümayəndəsi bildirib. 
Çerniqov rayonunun Nejinskaya kəndinin komanda-dispetçer məntəqəsinin atəşə tutulması nəticəsində Milli Təhlükəsizlik Xidmətinin 3 əməkdaşı yaralanıb.
скачать dle 12.1