"Bu gün Ukraynanın Xarkov şəhərindən Polşaya 150-200-ə yaxın azərbaycanlının təxliyə edilməsi planlaşdırılır”.
Bunu açıqlamasında hazırda Polşada olan İctimai Siyasi Proseslər və Beynəlxalq Araşdırmalar Mərkəzinin (İSBAM) sədri Samir Adıgözəlli deyib.
Onun sözlərinə görə, dünən Ukrayna-Polşa sərhədini, təxminən, 100 nəfər keçib: "Ümumilikdə, Polşaya təxliyə olunan azərbaycanlıların sayı 700-ə yaxınlaşıb. Hələ sərhəddə xeyli sayda vətəndaşlarımız var ki, onlar da Polşaya təxliyə olunmağı gözləyir. Dünən aldığım məlumata görə 200-ə yaxın azərbaycanlı Lvova tərəf gəlib. Onların neçəsinin sərhəddi keçə biləcəyi barədə isə dəqiq məlumat yoxdur. Çünki sərhəddə insanların sayı kifayət qədər çoxdur”.
Xatırladaq ki, Ukraynada hərbi əməliyyatların başlanmasından martın 4-dək quru yolla Polşa Respublikasına 770 nəfər vətəndaşımız daxil olub.
Bu gün Xarkovdan Polşaya daha 200-dək azərbaycanlının təxliyəsi planlaşdırılır
05
mart
15:03
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı