Polşa Sərhəd Xidməti sosial media hesabından verdiyi açıqlamada Rusiyanın Ukraynaya qarşı müharibəyə başladığı 24 fevral 2022-ci ildən bu yana Polşaya keçən ukraynalıların sayının 14 milyon 182 minə çatdığını açıqlayıb. Açıqlamada dünən Ukraynadan Polşaya 31 minə yaxın insanın daxil olduğu, eyni gündə Ukraynaya keçənlərin sayının isə 34 mini keçdiyi bildirilib. Polşa Sərhəd Mühafizəsi həmçinin bəyan edib ki, müharibə başlayandan bəri 12 milyon 399 min ukraynalı Polşanı tərk edib.скачать dle 12.1