Ukrayna Prezidenti Volodimir Zelenski ölkəsinin böyük həcmdə hərbi dəstəyə ehtiyacı olduğunu bildirib.
Dövlət başçısı bu barədə Almaniyanın “Die Zeit” qəzetinə müsahibəsində danışıb.
Tərəfdaşlardan, xüsusən ABŞ və Almaniyadan hərbi dəstəyin vaxtında gəlib-gəlməməsi sualına cavab verən Zelenski deyib:
"Bu, yaxşı sualdır. Amma bir az genişləndirmək lazımdır. Aylar əvvəl hücum olmayanda hamı gördü ki, işğal ola bilər. Bizim sərhəddə qoşunlar yerləşdirilmişdi. Və mən dedim: Rusiyaya qarşı sanksiyalar tətbiq edin ki, hücum etməyi ağlına belə gətirməsin. Bunu etmədilər. Mən də dedim: Ukraynaya elə dəstək verin ki, təhlükəsizliyimizə zəmanət verildiyini bilək. Bunu da etmədilər”.
Dövlət başçısı vurğulayıb ki, indi işğal baş verib: “Rusiya qoşunları Ukrayna şəhərlərini dağıdıb, dinc əhalini öldürür, Ukrayna hərbi dəstək alır, lakin bu kifayət qədər deyil”.
"Başa düşürsünüz? Onlar hətta qaçqınları da öldürürlər. Onların raketləri evlərə, universitetlərə, kilsələrə dəyib. Bu, barbarlıqdır. Bəli, silah alırıq. Amma açıq görünür ki, bizə daha çox lazımdır, çünki barbarlıq dayanmır", - Ukrayna lideri vurğulayıb.
"Ruslar qaçqınları da öldürürlər" - Zelenski
11
mart
10:11
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev