Təhsil Nazirliyi Ukraynadan Azərbaycana gətirilən şagirdlərin tədrisə cəlb olunmasına aydınlıq gətirib.
Nazirlikdən bildirilib ki, xarici ölkələrdən gələn şagirdlərin ümumi təhsil müəssisələrinə qəbulu Təhsil Nazirliyinin Kollegiyasının 2014-cü il 6 noyabr tarixli, 1/3 nömrəli Qərarı ilə təsdiq edilmiş “Uşaqların (şagirdlərin) ümumi təhsil müəssisələrinə qəbulu və yerdəyişməsi Qaydaları”nın 4.4-cü bəndinin tələbləri nəzərə alınmaqla elektron proqram təminatı vasitəsilə (www.sy.edu.az) həyata keçirilir.
Qeyd olunub ki, övladlarının yerdəyişməsini təmin etmək üçün xarici ölkədən köçüb gələn valideyn və ya qanuni nümayəndə ilk növbədə yaşadığı ərazi üzrə yerli təhsili idarəetmə orqanına və ya ümumi təhsil müəssisəsinə müraciət etməlidir: "Yerli təhsili idarəetmə orqanı tərəfindən təqdim olunan sənədlər əsasında şagirdin təhsil alacağı sinfi müəyyənləşdirilir. Şagirdin təhsil sənədləri olmadıqda və ya təqdim olunmuş sənədlərdən qəbul olunmalı sinfini müəyyən etmək mümkün olmadıqda isə I-XI siniflərdə oxuduğu iddia edilən şagirdin həmin siniflərin təhsil proqramlarına (kurikulumlarına) uyğun hazırlıq səviyyəsi yerli təhsili idarəetmə orqanları tərəfindən yaradılmış komissiya vasitəsilə yoxlanılır və təhsil alacağı sinfi müəyyənləşdirilir".
Ukraynadan Azərbaycana gələn məktəblilər harada təhsil alacaq?
14
mart
14:00
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev