Ukrayna prezidenti Vladimir Zelenskinin martın 16-da ABŞ Konqresində çıxış edəcəyi bildirilir.
Senat çoxluğunun lideri Demokrat Çak Şumer və Nümayəndələr Palatasının spikeri Nensi Pelosi Zelenskinin müraciəti ilə bağlı Konqres üzvlərinə birgə məktub göndəriblər.
Zelenskinin saat 16:00-da Konqresdə videokonfrans vasitəsilə çıxış edəcəyi bildirilib. 
Qeyd edək ki, martın 8-də Ukraynanın paytaxtı Kiyevdən videokonfrans vasitəsilə Britaniya parlamentinin aşağı palatası olan İcmalar Palatasına müraciət edən Zelenski İcmalar Palatasında deputatlar qarşısında çıxış edən ilk xarici lider olub. 
скачать dle 12.1