“HaberGlobal” yenidən bu barədə reportaj hazırlayıb.
Reportajda bildirilir ki, Ermənistana aid qırıcıların ölkənin ərazisini heç vaxt tərk etməməsi görüntüsü yaratmaq üçün Suriyadan təcili şəkildə 4 ədəd Su-30 tipli döyüş təyyarəsi gətirilib. Paşinyan hətta o təyyarələri NATO attaşelərinə də göstərib, amma bir məqam nəzərdən qaçıb: peyk görüntüləri.
Mətbuat orqanı əldə etdiyi peyk görüntülərindən birinin 18 mart, digərinin isə 25 mart 2022-ci ildə çəkildiyini iddia edib. Kadrlarda ərazi eyni olsa da, görünən mənzərə fərqli olub. Belə ki, SU-30 təyyarələrinin yerinə Miq-20 reaktivləri yerləşdirilib.

Mətbuat orqanı iddia edir ki, bu xəbər Moskva-İrəvan münasibətlərində də gərginliyə gətirib çıxarıb. Yayılan xəbərlər Ermənistanda kəşfiyyatın zəifliyini də ortaya qoyub. İki ölkə arasında diplomatik gərginliyin yarandığı iddia edilir.
Dərc edilən xəbərdə erməni təyyarələrinin Rusiya ərazisinə uçuş trayektoriyası-marşrutu göstərilib. Kadrlarda qırıcıların Rusiayaya Azərbaycan ərazisi üzərindən uçaraq daxil olması əks olunub.
Həmin kadrları təqdim edirik: