Ermənistanın Ukrayna müharibəsində istifadə etmək üçün Rusiyaya göndərdiyi döyüş təyyarələri və pilotları beynəlxalq mətbuatda əks-səda doğurublar. Rusiyaya hərbi dəstək ortaya çıxandan sonra İrəvan bu təyyarələrin əvəzinə Suriyadan təyyarələr gətirib.
Bu barədə "Haber Global” xəbər yayıb.
Saytın məlumatına görə, "Su-30” tipli dörd döyüş təyyarəsi Ermənistan ordusunda qeydiyyatda olan pilotlarla birlikdə martın 25-də Ukraynada hərbi əməliyyatlar üçün Rusiyaya göndərilib.
Bildirilir ki, Ukraynada istifadəyə göndərilən təyyarələrlə bağlı kəşfiyyat məlumatlarının sızması Ermənistanla Rusiya arasında diplomatik gərginliyə səbəb olub.
Ermənistan artıq hərbi məlumatların sızması ilə bağlı araşdırmalara başlayıb.
O da məlum olub ki, Ermənistandan Rusiyaya göndərilən reaktiv təyyarələri əvəz etmək üçün Suriyadan İrəvana "Su-30” tipli dörd döyüş təyyarəsi göndərilib. Bunun Ermənistanın mümkün sanksiyalara qarşı atdığı addım olduğu düşünülür. Çünki Ermənistanın Ukrayna məsələsində Rusiyaya hərbi dəstəyi İrəvanı sanksiyaların hədəfinə çevirə bilər.
Xatırladaq ki, Ermənistan Yaxın Şərqdən Ukraynaya əsgərlərin göndərilməsində də Rusiyaya yardım edib. Belə ki, suriyalı muzdlu döyüşçülər Erebuni aviabazasında yığılaraq oradan Şimali Osetiyadakı Mozdok şəhərinə yola düşür, daha sonra rusiyalı əsgərlərlə birlikdə Ukraynaya göndərilirlər.
İlk dəfə "Haber Global”da dərc olunan bu xəbərdən iki həftə sonra Rusiya Yaxın Şərqdən Ukraynaya əsgər göndərəcəyini açıqladı.
Digər tərəfdən, o da məlumdur ki, Rusiya öz qoşunlarını hərbi texnika ilə Ermənistan üzərindən təchiz edir.
Rusiyanın Azərbaycanın Qarabağ bölgəsində müvəqqəti yerləşdirilmiş sülhməramlı qüvvələrinin bir hissəsi də çıxarılaraq Ukraynaya göndərilib.
Ortaya çıxan görüntülərdən məlum olur ki, Rusiya ordusuna məxsus yanacaq maşınları, zirehli texnika və hərbçilər Laçın dəhlizi ilə Ermənistana doğru çəkiliblər. Oradan da hərbi nəqliyyat təyyarəsi ilə Rusiyaya yollanıblar.
Ermənistanın “Su-30” oyunu: Rusiyaya verilən təyyarələri əvəz etmək üçün Suriyadan qırıcılar gətirilib - VİDEO
30
mart
15:18

Qarabağ
KOMMENTLƏR
Ermənistanda qırıcıların Rusiyaya verilməsini etiraf etməyə başlayıblar - VİDEO
"Ermənistan qırıcılarını Ukraynaya qarşı istifadə üçün ruslara verib" - VİDEO
Rusiyanın daha iki "Su-25" təyyarəsi VURULDU
Ermənistan qırıcılarını müharibəyə görə Rusiyaya verdi - VİDEO
Türkiyə KİV: Ermənistan qırıcıları Azərbaycanın hava məkanına girib - VİDEO
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat