Rusiya Xarici İşlər Nazirliyinin mətbuat katibi Mariya Zaxarova Azərbaycanın Ermənistana təklif etdiyi baza prinsiplərinə əsasən yekun sülh müqaviləsinin imzalanması ilə bağlı Bizim.Media-nın suallarını cavablandırıb.
- Rusiya Azərbaycanın həm müttəfiqidir, həm də Azərbaycanla Ermənistan arasında sülhün bərpasında vasitəçidir. Azərbaycanın Ermənistana təklif etdiyi prinsiplər sülh sazişinin əsas şərtidir. Rusiya Azərbaycanın təməl prinsiplərini dəstəkləyirmi?
- Əvvəllər qeyd etdiyimiz kimi, Bakının təklif etdiyi "Azərbaycan və Ermənistan arasında dövlətlərarası münasibətlərin qurulmasının əsas prinsipləri” və İrəvanın onlara reaksiyası sülh müqaviləsi üzrə Azərbaycan-Ermənistan danışıqlarının başlanması üçün əsas addım kimi dəyərləndirilir. Bu mövzu cari ilin aprelin 9-da müzakirə olunub. Rusiya Prezidenti Vladimir Putin Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyanla telefon danışıqları zamanı müzakirələr keçirilib. Eləcə də bir gün əvvəl Sergey Lavrov Moskvada erməni həmkarı Ararat Mirzoyan ilə danışıqlarda və Azərbaycan xarici işlər naziri Ceyhun Bayramovla da müzakirələr aparıb. Rusiya İrəvanla Bakı arasında sülh müqaviləsinin bağlanmasına yardım etmək əzmindədir.
- ATƏT-in Minsk Qrupu artıq fəaliyyətini dayandırıb. Bu, danışıqlara necə təsir edir?
- Xatırladaq ki, bu il fevralın 24-də Vaşinqton və Paris ATƏT-in Minsk Qrupunun həmsədrlərinin "üçlüyü” çərçivəsində Moskva ilə bütün təmasları məhdudlaşdırıb. Bu arada Cənubi Qafqazdakı real vəziyyət danışıqlarda heç bir fasiləyə imkan vermir. Birləşmiş Ştatlar və Fransa həmsədr kimi əməkdaşlığı dayandırdıqları üçün regionda uzunmüddətli sülh və sabitliyin bərpası naminə əlavə ardıcıl addımlar tələb olunur.
- Rusiya yekun sülh razılaşması üçün nə edəcək?
- ATƏT-in Minsk Qrupunun rusiyalı səfiri İqor Xovayev öz işini yeni vəzifədə, yəni Rusiya Federasiyası xarici işlər nazirinin Azərbaycan Respublikası ilə Ermənistan Respublikası arasında münasibətlərin normallaşmasına yardım üzrə xüsusi nümayəndəsi kimi davam etdirəcək.
Onun diqqət mərkəzində yuxarıda adıçəkilən sülh müqaviləsinin hazırlanması olacaq. Biz Bakı və İrəvandakı müttəfiqlərimiz, eləcə də tərəfdaşlarımızdan İqor Xovayevin səylərinə dəstək olacaqlarına ümid edirik. Həmçinin, digər maraqlı oyunçularla konstruktiv qarşılıqlı əlaqəyə açığıq.
Zaxarova Qarabağ danışıqları ilə bağlı yeni DETALLARI AÇIQLADI
18
aprel
17:54

Qarabağ
KOMMENTLƏR
"Rusiyanın təklifi Ermənistan üçün uyğundur" - Paşinyan
Ermənistan-Azərbaycan sülh müqaviləsi niyə geriləyib? - Rusiya XİN AÇIQLADI
Xovayevin Azərbaycana səfərinin məqsədi ilə bağlı Rusiya XİN-dən AÇIQLAMA
Rusiya XİN Bakı və İrəvanın sülh sazişinin imzalanması ilə bağlı təşəbbüsünü alqışlayıb
Azərbaycan sülh sazişinin yeni variantını Ermənistana VERDİ
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat