Ukrayna Prezidenti Volodimir Zelenski Donbasda hələlik tammiqyaslı döyüşlərin başladığına əmin olmadığını bildirib.
Dövlət başçısı bildirib ki, Ukrayna tərəfi Rusiya ordusunun necə fəaliyyət göstərdiyini bilir.
"Onlar arxalarınca şəhər saxlamırlar. Onlar kiçik şəhərləri işğal etmirlər, onlar sadəcə olaraq oranı tamamilə məhv edirlər. Orada heç nə saxlamırlar”, - deyə V.Zelenski qeyd edib.
Prezident Rusiya ordusu tərəfindən dağıdılan Volnovaxa şəhərini misal çəkib:
"Onlar bütün binaları dağıdıblar. Sadəcə hər şey məhv edilib. Bu günə olan məlumata görə, orada bir nəfər də olsun insan yoxdur. Ola bilsin ki, dağıntılar altında başqa kimlərsə qalsın, amma bizdə olan məlumatlara görə, orada heç bir sakin yoxdur. Volnovaxa şəhəri var idi, indi isə o yoxdur. Onlar belə fəaliyyət göstərirlər”.
V.Zelenski bildirib ki, ona Rubejnoe şəhəri və bir neçə başqa yaşayış məntəqəsi uğrunda gedən böyük döyüşlər barədə məlumat verilib.
O əlavə edib ki, hazırda Ukrayna tərəfi Rusiyanın kimyəvi silahdan istifadə edib-etmədiyini yoxlayır.
“Rusiya ordusu şəhərləri tamamilə məhv edir” - Zelenski
21
aprel
17:15
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev