Qərb ölkələrinin sanksiya tətbiq etdiyi Rusiya nəhəngi “Qazprombank”ın vitse-prezidenti İqor Volobuyev Rusiyadan qaçaraq Ukrayna sıralarında döyüşməyə başladığını açıqlayıb.
Ukrayna KİV-ə danışan Volobuyev martın 2-də Rusiyanı tərk edərək Ukraynanın regional müdafiə qüvvələrinə qoşulduğunu və bu barədə heç kimə məlumat vermədiyini bildirib.
Ukraynanın şimal-şərqindəki Oxtırka kəndində doğulduğunu izah edən Volobuyev, "Rusiyanın ölkəmə etdiklərini bir küncdə oturub seyr edə bilməzdim", - deyib.
İşğaldan sonra 30 illik karyerasından imtina etdiyini qeyd edən Volobuyev “Ruslar atamı, tanışlarımı, yaxın dostlarımı öldürürdü. Atam bir ay soyuq zirzəmidə yaşadı. Uşaqlıqdan tanıdığım insanlar məndən utandıqlarını deyirdilər.Mən buna göz yuma bilməzdim," - deyə ifadə edib.
“Qazprombank”da Ukraynaya qarşı piar apardığını qeyd edən Volobuyev, bankın menecerlərindən biri Vladislav Avayevin və Rusiyanın enerji nəhəngi "Novatek"in keçmiş meneceri Sergey Protosenyanın bir-birinin ardınca vəfat etmələri ilə bağlı “Mən bunların intihar olduğunu düşünmürəm", - deyib. Volobuyev konkret olaraq Avayevin çox şey bildiyi üçün öldürülə biləcəyinə işarə vurub.
Qeyd edək ki, Rusiyada prezident Vladimir Putinə yaxınlığı ilə tanınan milyonçu iş adamı Vladislav Avayevin ailəsi ilə birlikdə Moskvadakı evində ölü tapılmasından sonra Protosenyanın İspaniyada qızı və həyat yoldaşı ilə birlikdə evində ölməsi müzakirələrə səbəb olub. Protoseniyanın oğlu ailəsinin öldürülmüş ola biləcəyini iddia edib.
Rusiyanın nəhəng bankının vitse-prezidenti Ukrayna sıralarına qoşuldu
27
aprel
12:47
Qarabağ
KOMMENTLƏR
“Rusiyanın iş dünyasında gizli müharibə gedir” - ABŞ
"Atam intihar etməyib, öldürülüb" - Rus oliqarxın oğlu danışdı
Rus oliqarxlar bir-bir ölür: intihar, qətl, əcəl, yoxsa?.. - ŞOK FAKTLAR
“Qazprombank”ın sabiq vitse-prezidenti və ailəsi ölü tapılıb
"Rusiyanın hərbi uğurları müvəqqətidir" - Ukrayna lideri
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı