Rus əsgərlərinin hücumlarından qorxan və çarəsizcə “bir neçə gün” metro stansiyalarına sığınan ukraynalılar 2 aydan çox yerin altında çətin şəraitdə yaşamağa davam edir.
İngiltərənin ən çox oxunan qəzetlərindən biri olan “The Times” Xarkova gedərək metro stansiyalarında yaşamağa başlayan ukraynalılarla söhbət edib. Saltivka rayonunda metro stansiyasına enən "The Times" müxbiri 800 nəfərin daimi olaraq yeraltı yaşamağa başladığını öyrənib.
