İsrail Ukraynaya göndərdiyi humanitar yardımı genişləndirməyi, o cümlədən müharibə şəraitində olan ölkəyə hərbi yardım göndərməyi düşünür.
Bu barədə İsrailin "Haaretz" qəzeti ölkə rəsmilərinə istinadən məlumat yayıb.
Qəzet yazır ki, İsrail rəsmiləri Kiyevə daha çox müdafiə xarakterli silahlar göndərməyi planlaşdırır, ancaq bu silahlara hava hücumundan müdafiə sistemləri, qabaqcıl silahlar və hücum sistemləri daxil deyil.
Məlumatda bildirilir ki, İsrailin hərbi yardımı simvolik olsa da, bu ölkənin Ukraynaya silah göndərənlər siyahısına daxil olması olduqca əhəmiyyətlidir. İsrail Rusiya və Ukrayna arasındakı müharibənin əvvələrindən tərəfsiz siyasət yürüdür.
Ancaq "Haaretz" qəzeti yazır ki, ABŞ və Avropa ölkələri İsraildən daha aydın mövqe tutmasını və mövqeyin yalnız sözdə deyil, əməldə göstərilməsini tələb edir. Ukraynaya hansı silahların verilə biləcəyini müzakirə etmək üçün yaxın günlərdə müdafiə rəsmilərinin görüşü planlaşdırılır. Bundan əvvəl İsrail təmsilçiləri ABŞ-ın Almaniyada Ukrayna ilə bağlı keçirdiyi görüşə qatılıb. Təl-Əviv Lvovda səhra xəstəxanalarının qurulmasında iştirak edib və Kiyevə zirehli təcili yardım maşınları verib. İsrailin yardımı Rusiyanın xarici işlər naziri Sergey Lavrovun Hitleri yəhudi adlandırılmasından sonra müzakirə edilməyə başlanıb. Lavrov Ukrayna Prezidenti Volodimir Zelenskini Adolf Hitlerlə müqayisə edib. O, xüsusən də Zelenskinin yəhudi mənşəli olmasını diqqət çəkib. Lavrov iddia edib ki, Hitlerdə də yəhudi qanı olub. XİN başçısının bu fikirləri İsraildə etirazla qarşılanıb. Rəsmi Təl-Əviv Rusiya XİN başçısından üzt istəməsini tələb edib.
İsrail Ukraynaya silah göndərməyə hazırlaşır
04
may
10:14
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev