Katolik Kilsəsinin ruhani lideri Roma Papası Fransisk Ukraynadakı müharibəyə son qoymaq üçün Moskvada Rusiya prezidenti Vladimir Putinlə görüş təyin edilməsini xahiş etdiyini, lakin hələlik cavab almadığını açıqlayıb.
Bu barədə İtaliyanın “Corriere Della Sera” qəzetinə danışan Papa, Rusiya işğalının üçüncü həftəsində Vatikandakı diplomatlar vasitəsilə Putinlə görüş tələb etdiyini bildirib.
“Hələ cavab almamışıq və bu barədə israrımız yoxdur. Proseslər davam edir”.
Bununla yanaşı jurnalistin “Ukraynanın paytaxtı Kiyevə gedəcəksinizmi?” sualına Roma Papası “Əvvəlcə Moskvada Putinlə görüşməliyəm” cavabını verib.
Ukrayna işğalının əvvəlində Romadakı Rusiya səfirliyini ziyarət edən 85 yaşlı Papa Fransisk "Qorxuram ki, Putin indi belə bir görüş keçirmək istəmir" deyib. Müharibə ilə bağlı pessimist olduğunu deyən Papa sülh üçün kifayət qədər iradə olmadığını düşündüyünü bildirib.
Papa həmçinin bildirib ki, Macarıstanın baş naziri Viktor Orban ona Putinin Rusiyada Qələbə bayramının qeyd edildiyi 9 mayda müharibəni bitirməyi planlaşdırdığını deyib.
"Putin mənim bu xahişimə cavab vermədi" - Papa
04
may
10:37
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev