Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak Rusiya Prezidentinin sözçüsü Dmitri Peskovun fikirləri, həmçinin ölkənin Xerson vilayətindəki işğalçıların çağırışlarına cavab verib.
Bu barədə Prezident Ofisinin rəsmisi tviterdə yazıb:
"Xerson vilayətinin "qaulayter”lərinin hazırlaya biləcəyi yeganə müraciət məhkəmə hökmündən sonra əfv diləməkdir. İşğalçılar lap Marsa, lap Yupiterə birləşmək istəsinlər. İstilaçıların hansı söz oyunu oynamasına baxmayaraq, Ukrayna Ordusu Xersonu azad edəcək”.
Xatırladaq ki, Xerson vilayətinin işğalından sonra işğalçı qüvvələr tərəfindən regiona təyin edilən rəhbərlər vilayətin Rusiyaya birləşdirilməsi ilə bağlı Rusiya Prezidenti Vladimir Putinə müraciət edəcəklərini açıqlayıblar. Eyni zamanda bu məsələni Kremlin sözçüsü Dmitri Peskov da şərh edib: "Sözsüz ki, belə bir müraciətin olub-olmamasına Xerson vilayətinin sakinləri qərar verməlidirlər. Xerson vilayətinin sakinləri öz talelərini müəyyən etməlidirlər. Təbii ki, bu, aydın və diqqətlə yoxlanılmalı və hüquqşünaslar, hüquq ekspertləri tərəfindən qiymətləndirilməli məsələdir. Çünki, bu cür taleyüklü qərarlar Krımda olduğu kimi, tamamilə aydın hüquqi bazaya, əsaslandırmaya malik olmalı, tamamilə qanuni olmalıdır”.
Qeyd edək ki, Mixaylo Podolyakın istifadə etdiyi "qaulayter” ifadəsi nasist Almaniyası dövrünə aiddir. Nasist partiyasının ölkənin regionları üzrə ali nümayəndəsinə qaulayter deyilib.
Rəsmi Kiyev: "Lap Marsa birləşdirmək istəsinlər, Ukrayna Xersonu azad edəcək"
11
may
18:17
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev