"Yaprak dökümü" serialı ilə məşhurlaşan türkiyəli aktyor Tolqa Karel ilk dəfə azərbaycanlı model, keçmiş həyat yoldaşı Günay Musayevadan dünyaya gələn oğlu Cahangirin fotosunu sosial şəbəkədə paylaşıb.

 Karel ötən gün doğum gününü qeyd edən oğluna təbrik yazıb:

"Arzum budur ki, dilədiyini al, axtardığını tap və hər zaman xəyalların reallaşsın. Sən Allahın hədiyyəsisən. Ad günün mübarək, oğlum".

Qeyd edək ki, Günay və Tolqa 2011-ci ildə ailə qurub. Cütlüyün oğlu Cahangir 2012-ci ildə dünyaya gəlib. Onlar bir müddət sonra qalmaqallı şəkildə ayrılıb. Günay ötən il "İkinci sayfa" proqramına açıqlamasında oğlunun atasının kim olduğunu bilmədiyini deyib. Aktyor hazırda ailəlidir və Amerikada yaşayır. Onun bu nikahdan 2 övladı var.
 
İlk dəfə Günaydan olan oğlundan yazdı - FOTO

скачать dle 12.1