Rusiya Xarici İşlər Nazirliyinin diplomatı – Rusiyanın Cenevrədə BMT-yanındakı müşaviri Boris Bondarev 20 illik fəaliyyətdən sonra ölkəsinin Ukraynadakı müharibəsini tənqid edərək istefa verib.
Bu barədə diplomatın açıqlamasını "UN Watch”ın icraçı direktoru, hüquq müdafiəçisi Hillel Noyer tviterdə dərc edib.
Açıqlamasında o, öz işinə və ölkəsinə görə utanc hissi duyduğunu etiraf edib:
"Ukraynadakı müharibə Putin tərəfindən bütün Qərb dünyasına qarşı aparılır. Bu, təkcə Ukrayna xalqına qarşı cinayət deyil, həm də qalın Z hərfi ilə ölkəmizdə firavan demokratik cəmiyyətin tədricən inkişafına bütün ümidlərin üstündən xətt çəkmiş Rusiya xalqına qarşı, bəlkə də, ən ağır cinayətdir”.
Diplomatın sözlərinə görə, Xarici İşlər Nazirliyi özünün bilavasitə vəzifələri ilə məşğul olmağı dayandırıb və dar dairəyə xidmət etməyə başlayıb. Onun fikrincə, son 20 ildə Rusiya XİN-də yalanın və qeyri-peşəkarlığın səviyyəsi fəlakətli miqyas alıb:
"Nazir Lavrov bu sistemin deqradasiyasının yaxşı nümunəsidir. O, 18 ildə bir çox nazirliyin əməkdaşlarının bərabər olmaq istədiyi peşəkar və savadlı ziyalıdan, davamlı olaraq ziddiyyətli bəyanatlar verən, dünyanı (yəni Rusiyanı da) nüvə silahı ilə hədələyən şəxsə çevrildi!”/report
Rusiyanın yüksəkranqlı diplomatı istefa verib: “Utanıram”
23
may
18:56
Qarabağ
KOMMENTLƏR
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- "Referans" klinikasının direktoru arvadını niyə güllələyib?
- Bu şəxslər olduqları yer barədə qeydiyyatdan keçməkdən azad edildilər - 30 gün...
- 700 min vətəndaşa şad xəbər – Artım olacaq
- Bayrama görə pensiyalar tez veriləcək? - RƏSMİ
- Elektrik və hibrid avtomobillərinin alışına 75 milyon manat kredit verilib
- Ronaldo yenə sərvətinə sərvət qatdı
- Sumqayıt Regional qaz idarəsi vətəndaşın canını niyə boğazına yığıb ?- Sübhi Bayramov,Hafiz Yunuslu və Bəxtiyar Hidayətzadə cütlüyü
- “Kapital Bank” müştərilərdə narazılıq yaradır….
- Məşğulluq Agentliyi ölkəyə xəstə heyvanlar gətirən “Agro Best”ə yenə sifariş verdi – Müqavilələrin ümumi dəyərəni 350 milyona çatdırdı