Rusiyanın Cenevrədə yerləşən BMT-dəki missiyasının müşaviri Boris Bondarev ölkəsinin Ukraynaya qarşı müharibə aparmasını açıq şəkildə pisləyib və vəzifəsindən istefa verib. 
Modern.az xarici mətbuata istinadən xəbər verir ki, diplomat Rusiyanın xarici işlər naziri Sergey Lavrovu da tənqid edib.
“İyirmi illik işlədiyim müddətdə xarici siyasətimizin müxtəlif dönüşlərini müşahidə etməli oldum, lakin mən heç vaxt ölkəmdən və öz işimdən bu ilin 24 fevralında olduğu kimi utanmamışam. Bu müharibənin təşəbbüskarları yalnız bir şey istəyirlər - əbədi olaraq hakimiyyətdə qalmaq, dəbdəbəli saraylarda yaşamaq, dəbdəbəli yaxtalarda üzmək.
Nazir Lavrov bu sistemin deqradasiyasının gözəl nümunəsidir. O, 18 il ərzində nazirliyin bir çox əməkdaşının bərabər olmaq istədiyi peşəkar və maarifçi ziyalıdan, davamlı olaraq hər birinə zidd açıqlamalar verən şəxsə çevirib. Diplomat təhsili almışam və ölkəm üçün işləməyə davam etmək istərdim. Amma bu gün çox təəssüf ki, dövlət qulluğunda qalmaq və fəlakətli siyasi kursla getmək vətənimə xəyanət etmək deməkdir. Mən bunu istəmirəm və edə də bilmərəm”, - Bondarev çıxışında vurğulayıb. 
скачать dle 12.1