“Eurovision 2022” mahnı müsabiqəsinin ukraynalı qalibi Kaluş Orkestri birinciliyə görə ona verilən kuboku satıb.
“Reuters” xəbər verir ki, o bunu Ukraynadakı müharibədə istifadə olunması üçün pilotsuz təyyarələr almaq məqsədilə edib.
K. Orkestri “Eurovision” kubokunu feysbukda hərraca çıxarıb və 900 min dollara satıb.
Ukraynalı teleaparıcı Sergey Pritula kubokun satışından əldə edilən pulun Ukrayna istehsalı olan üç PD-2 pilotsuz təyyarəsinin alınmasına sərf ediləcəyini açıqlayıb.
Xatırladaq ki, bu il mayın 14-də İtaliyanin Turin şəhərində keçirilən 66-cı "Avroviziya-2022" beynəlxalq mahnı müsabiqəsinin qalibi 631 səslə bütün rəqiblərini qabaqlayan Ukrayna komandası olub.
Qeyd edək ki, “Avroviziya”da Azərbaycan da daxil olmaqla 6 ölkədən olan münsiflər səsvermə hüququndan məhrumediliblər. Buna səbəb kimi, 2-ci yarımfinalda Azərbaycan, Gürcüstan, Monteneqro, Polşa, Rumıniya və San Marinodan olan altı münsifin bir-birini aydın şəkildə üst sıralarda yerləşdirməsi göstərilib.
“Eurovision"un ukraynalı qalibi PUA almaq üçün kuboku satdı
30
may
11:12

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat