Türkiyənin Antalya bölgəsində içində rusiyalı turistlərin olduğu ehtimal edilən avtobus aşıb. 
"Demirören" agentliyi xəbər verir ki, sərnişin avtobusu Çamyuva rayonunda qəzaya uğrayıb. 
Bildirilib ki, turistləri daşıyan avtobus sürücüsü idarəetməni itirərək yoldan çıxdıqdan sonra elektrik dirəyinə çırpılıb.
Qəza nəticəsində 11 turist və sürücü xəsarət alıb, onlar xəstəxanaya yerləşdirilib. 
скачать dle 12.1