Ukraynada Rusiyanın tərəfində döyüşən “Vaqner” muzdlu hərbi dəstəsinin üzvü, milliyətcə buryat olan Vladimir Andanov zərərsizləşdirlib.
Modern.az Ukrayna KİV-nə istinadən xəbər verir ki, Vladimir Andanov “Vaqner”in ən sərrast snayperlərindən biri olub.
Andanov hələ 2014-cü ildən "məşhurlaşıb". O, Donbasa könüllü kimi gedib, Debaltsevo uğrunda döyüşlərə qatılıb və Loqvinovoda Ukrayna ordusunun hərbi əsirlərinin edamında iştirak edib.
Məlumata görə, Vladimir Andanov Donbasda dinc əhalinin qətlə yetirilməsində yaxından iştirak edib, sonra isə Suriyaya gedib. Orada “Vaqner”in muzdlu əsgəri olub və yenidən Ukraynaya qayıdaraq Rusiyanın tərəfində döyüşməyə başlayıb.
Andanov Xarkov yaxınlığında məhv edilib. Artıq onun ölümünü “Vaqner” də təsdiqləyib. Snayperin meyitini tezliklə Buryatiyaya çatdırmağı planlaşdırırlar.
Ukraynada “Vaqner”in “əfsanəvi snayper”i MƏHV EDİLDİ
06
iyun
14:31

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat