Ötən il ABŞ-ın Kapitol binasına edilən basqınla bağlı məhkəmə prosesi başlayıb.
Xarici KİV xəbər verir ki,demokratların rəhbərliyi ilə yaradılan komitədə ABŞ-ın keçmiş prezidenti Donald Trampın bu basqını koordinasiya edərək dövlət çevrilişi cəhdi planlaşdırdığı iddia edilib.
Bildirək ki, ABŞ-ın keçmiş prezidenti Donald Trampın tərəfdarları 2021-ci il yanvarın 6-da Konqresin binasına hücum ediblər. Buna səbəb prezident seçkilərdə qalib gələn Co Baydenin saxta yollarla hakimiyyətə gəlməsi irəli sürülüb.
Təxminən bir il davam edən araşdırmadan sonra Demokrat Partiyasının rəhbərlik etdiyi komitə Konqresə basqınla bağlı dinləmələrə başlayıb. Əvvəlcə Donald Trampın yaxın ətrafı ilə müsahibələrin hissələri izlənilib.
Keçmiş baş prokuror Bill Barrın Donald Trampın "seçki oğurlanıb" iddiasının əsassız olduğunu dediyi video ilk izlənilənlər sırasında olub.
"Seçki korrupsiyası iddiasını heç bir elmi dəlillə dəstəkləməyən bir administrasiyanın yalnız öz fikirlərinə əsaslanaraq hakimiyyətdə qaldığı bir dünyada yaşaya bilmərik", - Barr deyib.
Donald Trampın qızı İvanka Trampın da keçmiş baş prokurorun atasının sui-qəsd nəzəriyyələrini rədd edən fikirlərini qəbul etdiyini bildirdiyi video çəkilib.
Komitə dinləmələrə başlamazdan əvvəl Donald Tramp bunu “siyasi hiylə” kimi qiymətləndirib. Komitənin bu ay daha beş dinləmə keçirəcəyi gözlənilir.
Tramp dövlət çevrilişinə cəhddə ittiham olunur
10
iyun
20:02
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev