Müğənnin qəfil yerə yıxılması sevənlərini üzüb. Səhnədəki insanların köməkliyi ilə yerdən qaldırılan Ortaç konsertinə qaldığı yerdən davam edib.
Belə ki, müğənni səhnədə borclarına görə həyatının sıfırlandığını dilə gətirib:
"Borclar belimi bükdü. 15 milyon TL borc ödədim, bununla da sıfırlandım", - deyib.
Qeyd edək ki, Sərdar Ortaç bir müddətdir sağlamlıq problemləri ilə mübarizə aparır.
