İsrail Qətərdə keçiriləcək futbol üzrə dünya çempionatı ilə əlaqədar beynəlxalq reyslər üçün hava məkanını açacaq.
"Newsru” xəbər verir ki, bu barədə İsrailin Müdafiə Ordusu (TSAXAL) Hərbi Hava Qüvvələri Komandanlığı, Mülkü Aviasiya və Hava Limanları İdarələri birgə qərar qəbul edib.
Qərara əsasən, futbol yarışları vaxtı Qətərə uçacaq aviareyslər üçün İsrail hava məkanını açacaq.
Məluamat görə, bu qərar 2022-ci ilin noyabr-dekabr aylarında qüvvədə olacaq.
Xatırladaq ki, bir müddət əvvəl İsrail hökuməti ilə Beynəlxalq Futbol Federasiyası (FİFA) arasında dünya çempionatı zamanı İsraildən azarkeşlərin Qətərə getməsi üçün viza tələb olunmayacağına dair razılıq əldə edilib.
Qətərlə İsrail arasında diplomatik münasibət yoxdur. İsraillilər bu ölkəyə başqa dövlətin pasportu ilə səfər edə bilər.
İsraildə çıxan "Qlobs” adlı iqtisadi jurnal bir müddət əvvəl bildirmişdi ki, Qətər hökuməti Doha - Təl-Əviv planlı aviasiya reysi üçün ölkənin hava məkanını açmaqdan imtina etmişdi. Buna siyasi hadisə səbəb olaraq göstərilirdi. Qətər İsraili "Əl-Cəzirə” telekanalının əməkdaşı Şirin Əbu Akleninin ölümündə ittiham edirdi. O, Fələstində TSAXAL hərbçiləri ilə fələstinlilər arsındakı döyüş zaman ölüb.
İsrail Qətərə uçacaq təyyarələr üçün hava məkanını açacaq
15
iyun
19:26
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev