Avropa Parlamenti Ukrayna və Moldova ilə bağlı qətnamə qəbul edib.
Xarici KİV xəbər verir ki, qanunverici orqan iki ölkəyə Avropa İttifaqına daxil olması ilə bağlı namizədlik statusunu dəstəkləyib.
***10:04
Bu gün Brüsseldə Aİ-nin dövlət və hökumət başçılarının ikigünlük sammiti başlayacaq. İclasın əsas mövzuları Rusiyanın təcavüzü, həmçinin Ukrayna və Moldovaya Aİ üzvlüyünə namizəd statusunun verilməsi olacaq.
Bu barədə Avropa Şurasının saytında məlumat verilir.
Məlumatda Aİ liderləri Rusiyanın Ukraynaya qarşı müharibəsindəki son hadisələri, o cümlədən onun qlobal ərzaq təhlükəsizliyi böhranına təsirini müzakirə ediləcəyi bildirilib. Onlar həmçinin Avropa İttifaqının Ukraynaya iqtisadi, hərbi, siyasi və humanitar yardımlardan ibarət davamlı dəstəyini müzakirə edəcəklər.
Aİ ölkələrinin liderləri Ukrayna, Moldova və Gürcüstanın Aİ-yə üzvlüklə bağlı müraciətlərinə ayrıca məsələ kimi baxacaqlar. Açıqlamada xatırladılır ki, Ukrayna 2022-ci il fevralın 28-də Aİ-yə üzv olmaq üçün müraciət edib, Gürcüstan və Moldova isə 3 mart 2022-ci ildə belə bir addım atıb. Avropa Komissiyası hər üç ölkənin müraciətinə dair rəsmi rəyini 17 iyun 2022-ci ildə dərc edib.
Sammitdən əvvəl Aİ liderləri Qərbi Balkanların siyasi liderləri ilə qeyri-rəsmi görüş keçirəcək və onlarla, xüsusən də regionun Avropaya inteqrasiya perspektivlərini müzakirə edəcəklər.
Xatırladaq ki, Avropa Komissiyasının sədri Ursula fon der Leyen liderləri Ukraynaya namizəd statusunun verilməsi ilə bağlı gözlənilən qərarla bağlı Aİ sammiti öncəsi tarixi məsuliyyəti öz üzərinə götürməyə çağırıb.
Ukrayna və Moldovanın Aİ-yə üzvlüyünü dəstəkləyən qətnamə qəbul edildi - YENİLƏNİB
23
iyun
14:05

Qarabağ
KOMMENTLƏR
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Azərbaycanın daha bir fəxr ediləsi gənc tələbəsi, Selcan Şəfizadəni sizdə tanıyın
- Netanyahu İlham Əliyevi təbrik etdi
- Prezident yol tikintisinə 1,5 milyon manat ayırdı - SƏRƏNCAM
- Fərid Hüseynov: Süni intellektin yıxdığı sənət aləmi aktyorlar, rejissorlar, reklamçılar təhlükədə! SOS
- "Mega Palace", "Bəyaz Saray" və digər restoranlar cərimələndi
- "Trampın Ukrayna münaqişəsi ilə bağlı səbri tükənib"
- Ceyhun Bayramov Keniya Prezidenti ilə GÖRÜŞDÜ
- "Putin, Tramp və Zelenski çətin ki, görüşsün"
- "Elm və təhsillə bağlı strategiyanın hədəflərinə nail olunmayıb" - Deputat