Avropa İttifaqı (Aİ) ölkələrinin liderləri Belçikanın paytaxtı Brüsseldə keçiriləcək Fövqəladə Liderlər Zirvə toplantısında bir araya gələcək.

Belçikanın paytaxtı Brüsseldə Avropa İttifaqına (Aİ) üzv olan 27 ölkənin liderlərinin bir araya gələcəyi, Fövqəladə Liderlər Zirvəsi keçiriləcək. Avropa Şurasının sədri Charles Michelin sədrliyi ilə keçiriləcək 2 günlük sammitdə liderlərin əsas gündəm maddələri enerji və ərzaq qiymətləri və Rusiya-Ukrayna müharibəsi oxundakı müdafiə məsələləri olacaq. Sammitdə Aİ-nin Rusiya neft və qazından asılılığına son qoymaq üçün atılacaq addımların Aİ ölkələrinin təsdiqi də müzakirə olunacaq. Sammitdən əvvəl bəyanatla çıxış edən Aİ-nin Xarici Əlaqələr üzrə Ali Nümayəndəsi və Avropa Komissiyasının vitse-prezidenti Josep Borrell, "Bu gün günortadan sonra üzv dövlətlərin başçılarına razılaşma təklifi təqdim edəcəyik" dedi.
скачать dle 12.1