"Kinematoqrafiyamızın dəyərli aktyoru Cüneyt Arkını itirdiyimiz üçün çox kədərlənirik".
Bunu İstanbul Böyük Şəhər Bələdiyyəsinin başçısı Əkrəm İmamoğlu öz "Tvitter" səhifəsində yazıb.
O, tvitinin davamında qeyd edib:
"Onu beynimizdəki rolları, sənətkar şəxsiyyəti və vətən sevgisi ilə heç vaxt unutmayacağıq. Qəbri nurla dolsun. Bütün pərəstişkarlarına, kino ictimaiyyətinə və ailəsinə başsağlığı verirəm".