Ermənistanda 2019-cu ildə 5 milyon dram məbləğində girov müqabilində həbsdən azad edilmiş səhiyyə nazirinin keçmiş müavini Vaan Poqosyana qarşı yeni ittihamlar irəli sürülüb və barəsində həbs qəti imkan tədbiri seçilib.
Bu barədə “Report” Ermənistan mətbuatına istinadən xəbər verir.
Baş Prokurorluğun mətbuat xidməti bildirib ki, sabiq müavinə qarşı ötən ilin martında Vərəmlə Mübarizə üzrə Milli Mərkəzdə maxinasiya faktı üzrə cinayət işi qaldırılıb. 2019-cu ilin martında Poqosyan məhkəmənin qərarı ilə 5 milyon dram məbləğində girov müqabilində azadlığa buraxılıb.
Cari ilin 11 avqustunda ona qarşı ittiham dəyişdirilib və V.Poqosyana qarşı yeni ittihamlar irəli sürülüb. Poqosyan QİÇS-lə və vərəmlə mübarizə üzrə proqramlarda fırıldaqçılıqlarda iştirakda, külli miqdarda pul vəsaitinin mənimsənilməsində ittiham edilir.
İstintaqa əsasən ümumilikdə 78 341 320 dramdan çox pul mənimsənilib. Bu vəsaitin üçdə ikisi Poqosyana çatıb, 20 591 320 dramı isə mərkəzin direktoru mənimsəyib.
Sabiq nazir müavini həmçinin vərəm xəstələrinə sosial yardım proqramı çərçivəsində ayrılan məbləğin mənimsənilməsində də ittiham edilir. Söhbət 8 371 880 dramdan gedir.
İş çərçivəsində daha 12 nəfərə qarşı ittiham irəli sürülüb.
Ermənistanda sabiq nazir müavini də daxil olmaqla, 12 nəfər həbs edildi
08
sentyabr
10:40
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev