Koronavirusun pandemiyası dövründə dünyada ən aşağı yoluxma göstəricilərindən birinə sahib olan Yaponiya hazırda koronavirusa yoluxanların sayının gündəlik artmasına görə ölkələr arasında birinci yeri tutub.
Bu barədə Ümumdünya Səhiyyə Təşkilatı (ÜST) məlumat yayıb.
İyulun 27-nə olan məlumata görə, Yaponiyada bir gündə 200 mindən çox koronavirusa yoluxma halı aşkarlanıb. ÜST-ün məlumatına görə, iyulun 26-da Avropada 210,9 min belə hal qeydə alınıb. İyulun 27-də Yaponiya istisna olmaqla, maksimum sayı 117,500-dən çox yoluxma faktının qeydə alındığı digər bir ölkə isə ABŞ olub. Sonrakı yerləri Cənubi Koreya (100,3 min), İtaliya (88,7 min) və Fransa (87,6 min) tutur.
Demək olar ki, bütün pandemiya dövründə Yaponiya dünyada ən aşağı kovid nisbətlərinə sahib olub. Səlahiyyətlilərə görə, son bir neçə həftədir yoluxma hallarının kəskin artması ölkədə pandemiyanın yeddinci dalğasının başlanğıcı kimi qiymətləndirilir. Hökumət komissiyasının fikrincə, xəstələrin sayının kəskin artması BA.5 yarımtipinin yayılması ilə bağlıdır.
Pandemiya vəziyyətinə baxmayaraq, Yaponiya hökuməti məhdudiyyətlər tətbiq etməyi planlaşdırmır. İnsanlar ayıq-sayıq olmağa və təkrar peyvənddən keçməyə çağırılır.
Yaponiyada qorxudan koronavirus statistikası: 200 min yeni yoluxma
28
iyul
15:49
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev