İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda ölənlərin sayı 6-ya çatıb.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan məlumat verib.
 
O, 18 nəfərin taleyi barədə məlumat olmadığını, xəstəxanalarda 23 nəfərin müalicə aldığını bildirib.
***08:10
İrəvanda “Surmalu” Ticarət Mərkəzində baş verən partlayışda daha iki nəfər ölüb.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyinin mətbuat katibi Hayk Kostanyan “Facebook” səhifəsində məlumat verib.
Bununla da hadisə nəticsəində ölənlərin sayı 5 nəfər olub.
Ermənistan Fövqəladə Hallar Nazirliyi əlavə edib ki, 17 nəfər hələ də itkin düşmüş hesab olunur.
***
Ermənistanın paytaxtı İrəvanda “Surmalu” topdansatış ticarət mərkəzində baş vermiş partlayış nəticəsində yaralananların sayı 61 nəfərə çatıb.

Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Bildirilir ki, üç nəfər ölüb. Yaralananların 36-nın vəziyyəti orta ağırdır.
Partlayış zamanı bazarda olan yaxınları ilə əlaqə saxlaya bilmədiklərindən 20 nəfər Fövqəladə Hallar Nazirliyinə müraciət edib.
Qeyd edək ki, partlayış yerli vaxtla saat 13:23-də qeydə alınıb. Partlayışdan sonra ticarət mərkəzində yanğın olub. Dağıntılar altında hələ də xeyli insanın qaldığı bildirilir. Təcili tibbi yardım, hüquq-mühafizə orqanlarının əməkdaşları ərazidə xilasetmə əməliyyatlarını davam etdirirlər.
20:11
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 57 nəfərə çatıb, 2 nəfər həyatını itirib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.Dağıntılar altından bir qadının meyiti çıxarılıb. Bundan əvvəl partlayış nəticəsində 40-45 yaşlı bir kişinin öldüyü açıqlanıb.
Eyni zamanda xəsarət alan 57 nəfərdən 36-nın durumunun orta-ağır olduğu bildirilib.
***
17:50
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 51 nəfərə çatıb, 1 nəfər həyatını itirib.
Bu barədə Ermənistan Səhiyyə Nazirliyi məlumat yayıb.
Ölən şəxs 40-45 yaşlı kişidir. Hələlik onun şəxsiyyəti müəyyənləşdirilməyib.
xxx
16:02
İrəvanda “Surmalu” Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış nəticəsində xəsarət alanların sayı 30 nəfərə çatıb, 1 nəfər həyatını itirib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hazırda hadisə yerində yanğınsöndürmə-axtarış əməliyyatları aparılır. Partlayış zamanı çökən binalardan birinin dağıntıları altında insanların qaldığı istisna edilmir.
xxx
14:41
İrəvandakı partlayışın təfərrüatları məlum olub.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Bildirilib ki, partlayış pirotexniki vasitələr anbarında baş verib, bundan sonra yanğın başlayıb. Yanğın 3-cü kateqoriyaya aid edilib. Hadisə şahidlərinin sözlərinə görə, partlayış nəticəsində ölənlər var. Təcili yardım xidmətinin rəhbəri yeddi zərərçəkənin xəstəxanalara çatdırıldığını deyib.
xxx
14:08
Bu gün yerli vaxtla saat 13.23 radələrində İrəvanda "Surmalu" Ticarət Mərkəzində yanğınla müşayiət olunan partlayış baş verib.
Bu barədə Ermənistan Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Hadisə yerinə 8 yanğınsöndürmə briqadası göndərilib.
İlkin məlumata görə, xəsarət alanlar var.
 

скачать dle 12.1