Ermənistanın paytaxtı İrəvan şəhərindəki “Surmalu” ticarət mərkəzində baş vermiş partlayışla əlaqədar hökumət matəm günü elan edəcək.
“News.am” xəbər verir ki, bu barədə Nazirlər Kabinetinin Mətbuat Xidmətindən bildirilib.
Qeyd olunub ki, matəm gününün vaxtı axtarış-xilasetmə işləri başa çatdıqdan sonra müəyyən ediləcək.
скачать dle 12.1