Qazaxıstan prezidenti Kasım-Jomart Tokayev Soçiyə gedib. O, rusiyalı həmkarı Vladimir Putinlə görüşəcək.
Bu barədə Qazaxıstan prezidentinin mətbuat xidməti məlumat yayıb. 
"Prezident Qasım-Jomart Tokayev Soçiyə işgüzar səfərə gəlib. Səfər çərçivəsində dövlət başçısının Rusiya Prezidenti Vladimir Putinlə ikitərəfli görüşü keçiriləcək”, - deyə mətbuat xidmətindən bildirilib.
Bildirilir ki, Rusiya və Qazaxıstan prezidentləri Rusiya-Qazaxıstan strateji tərəfdaşlıq və əməkdaşlıq münasibətlərinin gələcək inkişafı məsələlərini müzakirə etməyi planlaşdırırlar. Tərəflər həmçinin inteqrasiya birliklərində, o cümlədən Qazaxıstanın bu il sədrlik edəcəyi MDB məkanında ikitərəfli əməkdaşlıq məsələlərini müzakirə edəcəklər.
скачать dle 12.1