Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın rusiyalı həmkarı Vladimir Putin və ABŞ lideri Cozef Baydenlə ikitərəfli görüşlərinin gündəliklərinin bəzi detalları açıqlanıb.
Məlumatı "CNN Turk" yayıb.
Bildirilib ki, Ərdoğan sentyabrın 15-16-da Özbəkistanın Səmərqənd şəhərində keçiriləcək Şanxay Əməkdaşlıq Təşkilatının Zirvə toplantısı çərçivəsində rusiyalı həmkarı ilə ikitərəfli görüş keçirəcək.
Görüşdə müzakirə olunacaq başlıca məsələnin Ukraynadakı vəziyyətlə bağlı olacağı gözlənilir. Rəcəb Tayyib Ərdoğan Vladimir Putinlə Ukrayna taxılının idxalının davam etdirilməsini müzakirə edcəcək. Türkiyə liderinin rusiyalı həmkarına Ukrayna Prezidenti Volodimir Zelenski ilə görüşü yenidən təklif edəcəyi gözlənilir. Bundan başqa, Rəcəb Tayyib Ərdoğan Suriyanın şimalında terrorçu PKK qruplaşmasına qarşı antiterror əməliyyatı keçirmək planını Rusiya liderinin diqqətinə bir daha çatdıracaq.
Xatırladaq ki, Şanxay Əməkdaşlığı Təşkilatının Zirvə toplantısında Azərbaycan Prezidenti İlham Əliyev də iştirak edəcək.
Səmərqənd səfirinin ardınca Rəcəb Tayyib Ərdoğan BMT Baş Assambleyasının 77-ci sessiyasında iştirak etmək üçün sentyabrın 17-22-də ABŞ-da səfərdə olacaq. O, sessiyada Rusiya-Ukrayna müharibəsində taxıl tədarükü, Yunanıstanla Türkiyə arasında gərginlik, terrora qarşı mübarizəyə dair ismarış verəcək.
Bu səfər çərçivəsində Türkiyə lideri ABŞ dövlət başçısı Cozef Bayden və başqa rəsmilərlə görüşəcək. Onun ABŞ lideri ilə "F-16” qırıcıları, Vaşinqtonun Suriyada terrorçu qruplaşmalara verdiyi dəstəyi, Ştatların terrorçu "Suriya Demokratik Qüvvələri” ilə birlikdə keçirdiyi təlimləri, Egey dənizində Yunanıstanın təcavüzkar davranışını müzakirə edəcəyi nəzərdə tutulub.
Sentyabrın 19-da Rəcəb Tayyib Ərdoğanın Böyük Britaniya Kraliçası II Elizabetin dəfn mərasiminə qatılacağı da planlaşdırılır.
Ərdoğanın Putin və Baydenlə görüşünün gündəliyi açıqlanıb
12
sentyabr
14:03
Qarabağ
KOMMENTLƏR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Prezident Laçında “Həkəriçay” su anbarının təməlini qoydu - FOTOLAR
- Anar Ələkbərov Prezidentə görülmüş işlər barədə məlumat verdi - FOTOLAR
- "Qrem Ukrayna münaqişəsinin davam etməsini istəyirdi" - Tramp
- İlham Əliyev bir sıra beynəlxalq qurumların rəhbər şəxslərini qəbul etdi - FOTOLAR
- Namizədlərin harayı: Doktoranturaya qəbulda hüquqi qeyri-müəyyənlik nə vaxta qədər davam edəcək?
- Bir problem, dörd fərqli cavab: DİM beynəlxalq sertifikatlarla bağlı niyə vahid hüquqi mövqe ortaya qoya bilmir?
- Pensiya alanlara müjdə: ödəniş arta bilər
- Forum iştirakçıları Qarabağ küçəsi ilə tanış oldular
- “Belə avtomobillə heç yerə getmərəm” - İlham Əliyev
- Bir mənzilin bir neçə şəxsə satılması mümkün olmayacaq
- Şəhid Xudayar Yusifzadənin doğum günüdür
- "Azərbaycanda fəaliyyət göstərmək şirkətlərə daha geniş regional bazara çıxış imkanı yaradır" - Nazir
- Peter İlham Əliyevin maşınında selfi çəkdi
- "Dövlətimiz, Ordumuz güclüdür!" - İlham Əliyev